Cəlilabadda bacısının əri ilə qaçan qız Bakıdadır
Cəlilabadda bacısının əri ilə qaçan qız Bakıdadır
04 Oktyabr 2016 / 14:22 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Oradan bir daha bildiriblər ki, A.Nağıyevanın həqiqətən də öz doğma bacısının həyat yoldaşına qoşulub qaçdığı müəyyən edilib: “Məlumatı oğlanın anası verib. Məlum olub ki, oğlan öz baldızı ilə Bakıya qaçıb”.

Polis şöbəsindən bildiriblər ki, artıq A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

Məlumata görə, A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və Buta qəsəbəsində kirayədə yaşayır. O, ayda bir dəfə Cəlilabada ailəsinin yanına gəlirmiş…

Hazırda Cəlilabad Rayon Polis şöbəsinin əməliyyat-axtarış qrupu axtarışı davam etdirir.

*   *   *11:50

Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva sentyabrın 23-dən itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb. Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək “yox” cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb.

Publika.az bildirir ki, A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.

Cəlilabad Rayon Polis Şöbəsindən sayta bu məlumatı təsdiqləyiblər. Şöbədən bildirilib ki, A.Nağıyeva böyük bacısının əri ilə gedib və ailənin də bundan xəbəri var: “Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış. Ayın 23-də yeznə iki uşağı ilə birlikdə arvadını gətirib qaynatasının evinə qoyub. Arvadının 15 yaşlı bacısını da götürüb aparıb. İndi Aynurənin böyük bacısı ata evindədir. Hazırda qızın axtarışları davam edir. Yeznənin öz evi, qohumlarının evində axtarışlar aparmışıq. Hələ ki, onlar tapılmayıblar. Böyük ehtimalla onlar tapılandan sonra qız azyaşlı olduğuna görə oğlan tutulacaq”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə