Cəbhədə zirehli texnikaların təlimləri başladı – Fotolar
Cəbhədə zirehli texnikaların təlimləri başladı – Fotolar
04 Noyabr 2016 / 13:48 / Baxış sayı: 916
Font1 Font2 Font3 Font4
Bizimxeber

Cəbhə bölgəsində zirehli texnikaların döyüş atışlı təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.

Cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir.

Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər.

Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə