Cəbhədə bu gecə də sakitlik olmayıb
Cəbhədə bu gecə də sakitlik olmayıb
12 Avqust 2016 / 9:56 / Baxış sayı: 626
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Müdafiə Nazirliyindən Bizimxeber.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Barekamavan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə