Bütün özəl həbsxanalar bağlanacaq – ABŞ-DA
Bütün özəl həbsxanalar bağlanacaq – ABŞ-DA
22 Avqust 2016 / 10:15 / Baxış sayı: 444
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən həftə ABŞ-ın Ədliyyə Nazirliyi rəsmi şəkildə ölkə ərazisində məhbusların saxlanılması üçün özəl həbsxanalardan istifadə praktikasını dayandırmaq niyyətində olduğunu bildirib. Fins.az xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Salli Yetsin verdiyi məlumata əsasən, vəzifəli şəxslərə özəl həbsxanalar ilə müqavilələrin həcminin azaldılması və artıq mövcud müqavilələrin uzadılmaması tapşırılıb. Yetsin sözlərinə görə, bütün bunlar federal səviyyədə özəl həbsxanalardan istifadənin tam dayandırılması məqsədi daşıyır.

“Özəl həbsxanalar islah funksiyaları və proqramlarının icrasını lazımi səviyyədə təmin etmir və bu əhəmiyyətli qənaət metodu deyil.

Nazirliyin baş müfəttişinin bir müddət öncə təqdim etdiyi hesabatındakı rəyinə əsasən, özəllər onların dövlət analoqlarından fərqli olaraq, məhbusların tam təhlükəsizliyini də təmin edə bilmirlər”. Baş müfəttişin hesabatında 2015-ci ilin dekabrı üçün ABŞ-da özəl həbsxanalarda 22 min 66 məhbus saxlanıldığı qeyd olunub. Bu ABŞ üzrə ümumi məhbusların 12%-dir.

Ən maraqlısı isə odur ki, bu açıqlamadan sonra islah müəssisələrinin səhmləri öz dəyirini sürətlə itirməyə başladı. Nəticədə “Corrections Corp”-un səhmləri 20%, “GEO Group”-un səhmləri isə 37 % ucuzlaşıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə