Bütün komanda Zlatana güvənirdi
Bütün komanda Zlatana güvənirdi
11 Noyabr 2016 / 12:47 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb. 

Fransız mütəxəssis dünən keçirdiyi mətbuat konfransında Zlatan İbrahimoviçin gedişindən sonra İsveç yığmasının əvvəlki komanda olmadığını qeyd edib: “İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil. Hamı İbranın meydandakı rolunu bilirdi.

O meydanda olarkən hər şey fərqli idi. Bütün komanda Zlatana güvənirdi. Düzdür, indi də İsveç yığmasının hücum xəttində təhlükəli futbolçular var. Lakin hesab edirəm ki, əvvəlki İsveç millisi daha güclü komanda idi”. Qeyd edək ki, Fransa – İsveç oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə