“Bütün Ermənistan əhalisi Rusiyanı söyməklə məşğuldur” – Rus politoloq
“Bütün Ermənistan əhalisi Rusiyanı söyməklə məşğuldur” – Rus politoloq
22 Avqust 2016 / 21:51 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı güzəştsiz mövqe, hakimiyyətə qarşı qəzəb ab-havası və ümumi aqressiya müşahidə olunur. Musavat.com-un Ermənistan mətbuatında apardığı müşahidələr bunu söyləməyə əsas verir.
Ermənistanın 1-ci ombudsmanı olan Larisa Alaverdiyan ATƏT-in Minsk qrupunun böhran içində olduğunu bildirib.
Onun fikrincə Qarabağ münaqişəsinin nizamlanmasında  “Dağlıq Qarabağ Respublikası” (işğal altındakı qondarma – qurum – red.) danışıqlara qatılmadığı müddətcə irəliyə doğru addım atıla bilməz.
Larisa Alaverdiyan tərəflərin heç bir məsələdə razılığa gəlmədiyini, ATƏT həmsədrlərinin isə öz bəyanatlarında olduqca ehtiyatla davrandığını söyləyib:
“Onlar həmişə belə edirlər, cəhd edirik, çalışırıq, görürük…və s. Lakin bu sözlər fəaliyyətsizlikdən başqa bir şey deyil.  Dağlıq Qarabağ ətrafında Azərbaycan və Ermənistan arasında son görüşləri onu göstərdi ki, tərəflər öz mövqelərini dəyişməyiblər”.
Larisa Alaverdiyan bu səbəbdən geniş miqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib. Erməni ictimai xadimi bunun baş verməsi ehtimalının erməni diplomatiyasının uğursuzluğu kimi qiymətləndirib.
Larisa Alaverdiyan qondarma “DQR”-in “prezidenti” Bako Saakyanı kompromislərin əldə olunmasının vacibliyi barədə bəyanatına münasibət bildirib: “Fikrimcə bu cür ritorika qəbuledilməzdir. Çünki hazırkı situasiyada “güzəşt” və ya “kompromis” kəlmələrinin nə mənada deyildiyi gəldiyi bilinmir”.
“Heç Azərbaycanın nə vaxtsa güzəşt və ya kompromis dediyini eşitmisiniz? Azərbaycan dəfələrlə qeyd edib ki, Ermənistanın bir hissəsi də daxil olmaqla, hamısı onun əraziləridir vəssalam…”, –  deyə Larisa Alaverdiyam jurnalistlərə bildirib.
Erməni mətbuatında Ermənistan ordusunun ön xətləri möhkəmləndirdiyi barədə məlumatlar da gedir.
Ermənistanın media eksperti Samvel Martirosyan 1in.am saytına verdiyi müsahibədə bunu Dağlıq Qarabağa gedib öz gözləri ilə gördüklərini söyləyir.
Onun sözlərinə görə, qondarma qurumun rəhbərliyi aprel döyüşlərindən sonra yığılan 5 milyard dramlıq yardımın hara xərcləndiyini göstərmək istəyib.
Samvel Martirosyan səngər və postlarda videokameralarının, gecə görünüş cihazlarının, habelə 20 km-lik məsafəni əhatə edə bilən gündüz görüntülü kameraların quraşdırıldığını iddia edib.
Martirosyan cəbhə xəttində mülki əhalini də cəlb olunmaqla, çoxlu sayda tikinti texnikasından istifadə olunduğunu bildirib: “Bizə qarşı yüksək texnologiyalardan istifadə edilir və buna görə geri qalmağa haqqımız yoxdur”, –  deyə Martirosyan müsahibəsində söyləyib.
“Dağlıq Qarabağ Ermənistan üçün ən vacib problem olaraq qalır”. Bu barədə “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan jurnalistlərlə söhbət zamanı deyib.
Onu sözlərinə görə artıq konfliktin həllində final mərhələsinə gəlinib: “Hazırda masada duran, “ərazi əvəzinə sülh” yeni təklif deyil. Bunu 1993-dən bəri hər gün danışırlar. İndi cəmiyyət ona görə həyəcan içərisindədir ki, artıq final mərhələsinin, yəni prezidentlərin verdikləri sözləri tutmasının vaxtı gəlib çatıb.
Politoloqun sözlərinə görə, ərazilərin verilməsi tamamilə qəbuledilməzdir: “Çünki bu addım daha böyük geniş miqyaslı müharibəyə apara bilər”.
Ara Papyanın sözlərinə görə Rusiya Dağlıq Qarabağ məsələsindən öz problemlərini həll ediləsi üçün istifadə edir: “Rusiya Azərbaycanı Avrasiya iqtisadi ittifaqına cəlb etmək üçün dəridən-qabıqdan çıxır. Belə olan halda biz danışıqlar prosesinin mahiyyətini –  status müqabilində ərazilər, yanaşmasını kökündən dəyişməliyik. Bu mənada heç bir kompromisdən söhbət gedə bilməz. Çünki bu kompromis heç bir zaman ekvivalent olmayacaq”, deyə politoloq qeyd edib.
Papyanın sözlərinə görə Ermənistan hazırda Qərb və Türkiyə arasındakı gərginlikdən istifadə etməklə öz rolunu regionda gücləndirə bilər.
O,  Rusiya-Türkiyə ittifaqının hər  mənada Ermənistan üçün çox təhlükəli olduğunu vurğulayıb: “Əgər Ermənistan istisnasız Rusiya yönümlü siyasət yürütsə biz Dağlıq Qarabağı itirəcəyik.  Çünki Ermənistanın əsas silah tədarükçülərindən biri də Almaniya və Fransadır. Qərbə Rusiyanın Cənubi Qafqazda avtokratik hakimiyyəti lazım deyil, deyə politoloq sözlərini yekunlaşdırıb.
Məsələ ilə bağlı Rusiyanın Beynəlxalq hüquq assosiasiyasının üzvü Denis Dvornikov da “Novosti-Armeniya” saytına maraqlı açıqlamalar verib. Qeyd edək ki, müsahibənin ruhundan Dvornikovun Ermənistana rəğbət bəslədiyi açıq-aşkar hiss olunur
Dvornikov situasiyanın olduqca mürəkkəb və ziddiyyətli olduğunu söyləyib: “Danışıqların real vəziyyəti barədə informasiya demək olar ki, yoxdur. Bu isə müəyyən həyəcan yaradır və bir sıra fikirlər üçün əsas verir”, –  deyə o, davam edib: “Bu “rayonlar”, “sülhməramlılar” barədə gedən söz söhbətlər laboratoriya eksperimenti formatında müzakirə olunur. Aydın məsələdir ki, “DQR”-dən (Ermənistandan – red.) torpaq qoparmaq müharibə ilə nəticələnəcək. Bu müharibəni isə aprel döyüşlərində olduğu kimi, dayandırmaq mümkün olmayacaq”….
Müxbirin Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə sonuncuya meyl etməsinin səbəbi barədə sualına cavab olaraq Denis Dvornikov heç bir meyldən söhbət getmədiyini bildirib: “Sadəcə situasiyada kimin necə hərəkət etməsi görünür. Polad Bülbüloğluna necə yanaşırsız yanaşın, bu məsələdə onun fəaliyyəti olduqca effektivdir. O, öz ölkəsinin maraqlarını uğurla təmsil edir, hər bir informasiyaya reaksiya verə bilir. Həmişə incəliklə alınmasa da nəticə verə bilir. Bu fonda Ermənistanın rəsmi  diplomatiyası yumşaq dillə desək sönük görünür”…
Məsələn Ermənistan prezidentinin avqustun 10-da Moskvaya etdiyi səfərini götürək. Bu səfər bütün Ermənistanın diqqətində idi. Deyilənə görə isə Ermənistanın Rusiyadakı səfiri həmin vaxt Xorvatiyada dincəlirmiş. Moskvaya isə yalnız bir günlüyə öz prezidentini qarşılamağa gəlib. Sonra yenidən öz çimərliyinə qayıdıb…Ortada müharibə məsələsi söhbəti gedir, amma Ermənistanı Rusiyada təmsil edən baş diplomatdan səs səmir yoxdu…”
Və ya elə “kompromis”lər məsələsini götürək.
“Nə üçün Ermənistan səfiri demir ki, əgər söhbət güzəştlərdən gedirsə, bu Azərbaycandan olan qaçqınlar problemini də əhatə edəcək, ərazi məsələləri isə Qarabağa Şaumyan rayonun qaytarılması ilə başlayacaq. Nə üçün mən, rus olduğum halda, bu haqda düşünürəm, cənab səfir isə susur. Bəlkə mətn tərtib edə bilmir. Peşəkar “spiçrayter” kimi kömək edərəm…
Bütün Ermənistan əhalisi təəssüf ki, Rusiyanı söyməklə məşğuldur. Cənab səfir isə heç silahların satılması barədə bir kəlmə demir…”, deyə politoloq sayta müsahibəsində təəccüb ifadə edib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə