Bütün borclular unikal şans əldə edib, bankların vaxtı çox azdır – Ekspertdən çağırış
Bütün borclular unikal şans əldə edib, bankların vaxtı çox azdır – Ekspertdən çağırış
25 İyul 2016 / 16:01 / Baxış sayı: 928
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Borclular borclu olduqları bankların bağlanmasına sevinir. Digər bankların borcluları isə “sağ əliniz bizim başımıza” deyir”. 

“Qaynarinfo.Az” xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov bildirib ki ,ilk baxışdan bankın bağlanması ona borcu olanın vəziyyətini dəyişmir: “Borc olduğu kimi qalır və ödənilməlidir. Lakin reallıqda bankların bağlanması borclulara sərf edir və söhbət yalnız məsələnin mənəvi və psixoloji (“Əcəb oldu!”, “Sizə bu da azdır!”, “Allah bəlanızı verdi!” və s. və i.a.) tərəfindən getmir”.

Niyə?

1. Əvvəla, ona görə ki, bağlanmayan banklar belə problemli kreditləri qaytarmaqda xeyli çətinlik çəkir, çünki çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini aparmaq üçün resursları yoxdur. Bankın ləğvedicisinin resursu isə daha da azdır, kredit başqa banka ötürüldüyü halda isə həmin bankın işi artmış olacaq. Ümumiyyətlə, problemli kreditlərlə yeni şəxslər məşğul olmağa başlayanda xeyli vaxt itkisi və digər texniki problemlər yaranır, bəzən hətta bütün sənədləri də tapıb məhkəməyə təqdim edə bilmirlər.

2. Digər tərəfdən, ləğvedici Əmanətlərin Sığortalanması Fondudur. Fondun pulu yoxdur və bağlanmış bankların əmanətlərini qaytarmaq üçün Mərkəzi Bankdan kredit götürmək zorundadır. Həmin krediti tez qaytarmaq üçün bağlanmış bankların kreditlərini qısa müddət ərzində geri qaytarmaq istəyir. Bu isə borclulara Fondla alver etmək imkanı, yəni ciddi güzəştlər tələb etmək şansı verir, yəni: “Güzəşt et, krediti tez qaytarım, əks halda məhkəmədə görüşərik!”

3. Nəhayət, bankların bağlanması digər bankları da vadar edir ki, borclularla dil tapmağa, ciddi güzəştlər edib kreditləri tez qaytarmağa çalışsınlar ki, əmanət və digər öhdəliklərini icra edə bilsinlər və onları da bağlamasınlar. Çünki bundan sonra əmanətlərin çıxarılması prosesi daha da güclənəcək.

Ekspertin fikrincə, bütün borclular unikal şans əldə edib:“Bankların vaxtı çox azdır, buna görə də güzəştlərə getməyə məcburdular. Banklardan ciddi güzəştlər tələb edin, əks halda onlara məhkəmə proseslərindən çəkinmədiyinizi bildirin və bağlanmış bankların aqibətini xatırladın!”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə