“Bütün Azərbaycan mənim ad günümə gəlib”.-Tayfun Musazadə
“Bütün Azərbaycan mənim ad günümə gəlib”.-Tayfun Musazadə
26 Avqust 2016 / 16:26 / Baxış sayı: 298
Font1 Font2 Font3 Font4
Bizimxeber

“4 aydır hər gün eyni yuxunu görürəm. Öz maşınıyla gəlir. Deyir ki: “Pərişan, hələ hazır deyilsən? Maşında gözləyirəm, tez gəl”. Mənsə gecikirəm, hazırlaşa bilmirəm”.

Bu sözlər aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadəyə məxsusdur.

Onunla görüşümüz həyat yoldaşı, şəhid pilotumuz Təbriz Musazadənin adını daşıyan təhsil mərkəzində oldu.

Sözügedən təhsil mərkəzini Pərişan xanım şəhid yoldaşının adını yaşatmaq üçün açdığını deyir:

“Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.

Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”.

Şəhid xanımı mərkəzin genişləndirilməsi və əlavə avadanlıqların alınması üçün vətəndaşlarımızın da ona dəstək olmasını arzulayır:

“Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”.

Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.

Mərkəzdə olduğumuz gün şəhidimizin kiçik oğlu Onur Musazadənin doğum gününə təsadüf etdi.

Onur atasının dəfn mərasiminin keçirildiyi gün tabutuna əsgər salamı verməsi ilə yaddaşlarımıza hopub. İlk doğum günüdür ki, atasız keçirir. Anasından isə bir istəyi var, tort kəsəndə atasının şəklini stolun üstünə qoysun.

Atasız övladlar tez böyüyür deyirlər. Evin böyük oğlu Tayfun da sanki böyüyüb də kiçilib. O artıq böyüdüyünü atasının ölümündən 12 gün sonra hiss etdirməyə başlayır. Aprelin 14-də Tayfunun 10 yaşı tamam olacaqdı. Ailəlikcə ona yubiley ad günü keçirməyə hazırlıq gedirmiş. Ad gününə çoxlu qonaqlar, atasının hərbçi dostları, onların uşaqları dəvət olunacaqdı. Amma onun ad günü atasının böyük cüməsinə təsadüf edir. Tayfunu böyüdən ilk cümlə isə bu olur:

“Ana üzülmə, bax, görürsən ki, bütün Azərbaycan mənim ad günümə gəlib”.

İndi isə Tayfun Musazadə atasının adını daşıyan bu mərkəzi həmişə yaşadacağının sözünü verir.(Qafqazinfo)

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə