Bursa valisi həbs olundu
Bursa valisi həbs olundu
29 İyul 2016 / 0:26 / Baxış sayı: 938
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan bayrağını təhqir edən Türkiyənin Bursa vilayətinin keçmiş valisi saxlanılıb.

Bizimxeber.az  modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput fətullahçılarla əlaqədə ittiham olunaraq həbs olunub.

Xatırladaq ki,  Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə