Bülənt Arıncın qayınatası da işdən çıxarıldı
Bülənt Arıncın qayınatası da işdən çıxarıldı
28 İyul 2016 / 18:01 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Baş nazirin keçmiş müavini Bülənt Arıncın qayınatası Ziya Tay da Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu üçün vəzifəsindən azad edilib. 

Lent.az-ın “sozcu.com.tr”ə istinadən xəbərinə görə, Z. Tay 14 il Səhiyyə Nazirliyinin Manisa vilayətindəki nümayəndəliyinin rəhbəri vəzifəsini tutub, AKP-nin Manisadan millət vəkilliyinə namizəd olsa da, seçilə bilməyib.

Z. Tay ilə birlikdə Manisada 150 tibb işçisi vəzifəsindən çıxarılıb. Ümumilikdə isə Türkiyə Səhiyyə Nazirliyi sistemində işdən çıxarılanların sayı 5500-ü keçib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə