Bu xanım vitse-spiker parlamentdə terror törədən şəxsin biznes ortağı olub ERMƏNİ MƏTBUATI
Bu xanım vitse-spiker parlamentdə terror törədən şəxsin biznes ortağı olub ERMƏNİ MƏTBUATI
26 Avqust 2016 / 14:20 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyan əsl biznes ledidir. O, hədsiz dərəcədə varlıdır. Biznesinin əsasını mədən sənayesi, bahalı daşlar təşkil edir”.

Bunu Ermənistanın “Replik.am” saytı yazır.

Yazıda bildirilir ki, H. Nağdalyan milyarder hesab olunur.

Vitse-spikerə yaxın olan şəxslərdən biri deyib ki, onun biznes fəaliyyəti uzun illərdir davam edir.

H. Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla da biznes sahəsində əməkdaşlıq etdiyi üzə çıxıb. Məlumatda bildirilir ki, H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.

Ancaq onların bu əməkdaşlığı uzun müddət davam etməyib. N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədib. Atışma zamanı yaralananlar arasında H. Nağdalyan da olub.(APA)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə