Bu şəxs ABŞ müdafiə naziri olur – Gülənin işi bitdi
Bu şəxs ABŞ müdafiə naziri olur – Gülənin işi bitdi
18 Noyabr 2016 / 17:32 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp təqaüddə olan general-leytenant Maykl Flinni müdafiə naziri təyin edə bilər. 

Tramp 57 yaşlı məşhur hərbçiyə öncə prezidentin milli təhlükəsizlik üzrə sözçüsü vəzifəsini təklif edib. Flinnin təklifi qəbul edib-etmədiyi hələlik dəqiq bilinməsə də, onun müdafiə naziri postuna ən real namizəd olduğu deyilir.

Maykl Flinn uzun müddət İraq və Əfqanıstanda xidmət edib. O, Barak Obamanın prezidentliyi dövründə Müdafiə Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, Flin FETÖ-ya qarşı sərt addımlar atılmasının tərəfdarıdır. O, bir müddət öncə qələmə aldığı məqalədə FETÖ lideri Fətullah Güləni Əl Qaidə terror təşkilatının keçmiş lideri Üsamə bin Laden ilə müqayisə edib:

“Arxa baxçamız Pensilvaniyaya rahatca yerləşmiş bu maskalı terror və xaos qaynağı tərəfindən Vaşiqntonun gözü boyanırkən, NATO müttəfiqimiz Türkiyəyə əngəl olmaq məntiqsizdir. Türkiyənin gözü ilə baxsaq, Vaşinqton Türkiyənin “Üsamə bin Ladeninə” sığınacaq verir. 11 Sentyabrdan sonra Üsamə bin Ladenin Türkiyədə gözəl bir yerdə yaşadığını və eyni zamanda Türkiyənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən 160 məktəb işlətdiyini öyrənsəydik, nə edərdik?..”

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə