Bu qız azərbaycanlı mafiya lideri olacaq – FOTO/VİDEO
Bu qız azərbaycanlı mafiya lideri olacaq – FOTO/VİDEO
30 Noyabr 2016 / 11:25 / Baxış sayı: 2416
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aktrisa-model Esra Sönmezer “Oldumu şimdi” filmində canlandırdığı obrazla gündəmə gəlib.

Efirlərdə sevimli və gülərüz rolları ilə tamaşaçı qarşısına çıxan aktrisa bu dəfə fərqli bir addım atıb. O, Kenan Öztürkün rejissorluq etdiyi “Oldumu şimdi?” adlı ekran işində azərbaycanlı mafiya lideri rolunu oynayıb. Esra layihədə təbii oynamaq üçün bir neçə saat ac qaldığını söyləyib: “Çəkilişlərə ac qarnına getmişəm, filmdə rol almamışam, təbii olaraq obrazımı canlandırmışam. Ac olanda insan əsəbi və aqressiv olur”.

Xatırladaq ki, 16 dekabr tarixində təqdim olunacaq filmdə Yavuz Seçkin, Serkan Şengül və başqa aktyorlar yer alıb. Azərbaycanlı rejissor Kənan M.M də kamera qarşısına keçib. Qeyd edək ki, Esra Sönmezer “Miss Turkey- 2002”nin qalibidir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə