“Bu həftə dollar 2 manatı keçə bilər” – Ekspert
“Bu həftə dollar 2 manatı keçə bilər” – Ekspert
20 Sentyabr 2016 / 12:30 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Manat öz bazar dəyərini tapana kimi ucuzlaşa -ucuzlaşa gedəcək”. Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov ABŞ-ın Federal Ehtiyatlar Sistemi FED-in bu həftəki faiz qərarının nəticələri haqda danışarkən deyib.

Əkrəm Həsənov bildirib ki, FED uçot dərəcəsini qaldırsa dolların dünyada bahalaşması gözlənilir: “Xatırladım ki FED axırıncı dəfə ötən ilin sonunda faiz dərəcəsini qaldırdı. Bundan dərhal sonra bizdə ikinci devalvasiya oldu. Təbii ki, bizdə ikinci devalvasiya yalnız bununla bağlı deyildi. Başqa səbəbləri də var idi. Ümumən valyuta gəlirlərimizin azalması ilə bağlıydı. Dollar bahalaşırsa deməli manat daha da  ucuzlaşacaq. Bunun mənfi təsirləri olacaq”.

Ekspertin sözlərinə görə, yaxın 6-7 ayda manat xeyli ucuzlaşacaq: “Bu birdən də ola bilər, tədricən də. Yay ərzində manat 10 faiz ucuzlaşıb. Məsələn mayda birdən-birə 10 faiz ucuzlaşsaydı hamı deyəcəkdi ki manat ucuzlaşdı. Amma bunu tədricən etdilər. Aydındır ki, manat öz bazar dəyərini tapana kimi ucuzlaşa -ucuzlaşa gedəcək. Bazar dəyərini konkret demək mümkün deyil. Bazar deyiriksə elə qiyməti bazar müəyyən etməlidir. Amma aydın məsələdir ki, dollar iki manatı vurub keçəcək. Bu prosess hələ ki davam edir”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə