Bu gün Sevil Əliyevanın ad günüdür
Bu gün Sevil Əliyevanın ad günüdür
12 Oktyabr 2016 / 10:39 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4
Bizimxeber
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 

1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur. S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir. Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az saytının məlumatına görə, Sevil Əliyevanln 61 yaşı tamam olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə