Bu gün dolların yenə bahalaşacağı gözlənilir
Bu gün dolların yenə bahalaşacağı gözlənilir
08 Noyabr 2016 / 13:39 / Baxış sayı: 2146
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının noyabrın 9-nə olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. Bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6781 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də, sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,57% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6781 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6686 AZN/USD) qeydə alınıb. “Report”un analitik qrupu sabah, noyabrın 9-na olan AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,68 səviyyəsini keçəcəyini istisna etmir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə