Bu gün BMT-nin yeni baş katibi seçiləcək
Bu gün BMT-nin yeni baş katibi seçiləcək
13 Oktyabr 2016 / 10:24 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün BMT-nin yeni baş katibi seçiləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu posta yeganə namizəd Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir. 

Səsvermə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yerli vaxtla saat 10:00-da baş tutacaq. Səsvermədən sonra BMT-nin hazırkı baş katibi Pan Qi Mun və A.Qutyerreş arasında görüş keçiriləcək. BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın baş katibi postuna Antoniu Quterreşin namizədliyini irəli sürüb.
BMT-nin hazırkı baş katibi Pan Qi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq. 67 yaşlı A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarı olub.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə