Bu avtobuslar kartla ödəniş sisteminə keçir
Bu avtobuslar kartla ödəniş sisteminə keçir
03 Avqust 2016 / 17:15 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.

Bizimxeber.az  bildirir ki, bu barədə Trend-ə “Xaliq Faiqoğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib.

Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Qeyd edək ki, yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə