Bu ərazilərdə sürüşmə fəallaşa bilər
Bu ərazilərdə sürüşmə fəallaşa bilər
17 Sentyabr 2016 / 11:43 / Baxış sayı: 220
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yaxın bir necə gün ərzində bəzi ərazilərdə havaların yağıntılı keçməsi sürüşmə sahələrini xeyli fəallaşdıra bilər. Bu fəallaşma hətta Bakıda da gözlənilir. 
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, sürüşmələrin fəallaşması ilə bağlı əsas təhlükə Şamaxı, İsmayıllı, Xızı, Şabran, Siyəzən rayonlarında, qismən isə Quba və Qusarda, eləcə də Lənkəran-Astara zonasında və Gədəbəy-Daşkəsən zonasında yarana bilər.

E.Əlizadə qeyd edib ki, Bakıda da sürüşmə sahələrinin nisbi fəallaşmasının gözlənilməsi mümkündür.

Yağıntılarla əlaqədar çaylardan selin keçməsi təhlükəsinə gəldikdə, E.Əlizadənin sözlərinə görə, hazırda çaylardan selin keçməsinin pik dövrü artıq ötüb: “Uzunmüddətli yağışlar indi daha çox sürüşmə sahələrinin fəallaşmasına gətirib çıxaracaq. Çaylarda gursululuq ola bilər. Bəzi çaylarda gursululuq daşqına da keçə bilər. Amma çaylardakı gursululuğun pik forması artıq keçib. Çünki əvvəlki sellər çaylarda toplanan sel materiallarını yuyub aparıb”.

E.Əlizadə bildirib ki, amma bütün bunlara baxmayaraq, Böyük Qafqazın çənub yamacı çaylarında – Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay, Girdimançayda və Böyük Qafqazın şimal-şərq yamacı çaylarında – Qusarçay, Qudyalçay və Vəlvələçaydan selin keçməsi təhlükəsi nisbətən də olsa, qalır.(trend)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə