Britaniya Avropa İttifaqında qala bilər
Britaniya Avropa İttifaqında qala bilər
02 Sentyabr 2016 / 17:33 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

“The Guardian” qəzetinin yazdığına görə, Britaniyanın keçmiş baş naziri Toni Bleyr iddia edib ki, ölkənin Avropa İttifaqından çıxması nəticəsi ilə başa çatmış referenduma baxmayaraq, cəmiyyətin rəyi dəyişilərsə, Britaniya Avropa İttifaqında qala bilər.

Keçmiş baş nazir Fransa radiosuna müsahibəsinbdə deyib ki, adamların öz fikirini dəyişmək azadlığı var.

Onun fikrincə, elə bu səbəbdən də Brexit debatının başa çatdığını söyləmək olmaz.

Brexit Brexit deyil?

Ölkənin hazırkı baş naziri Tereza Mey elektoratın qərarına hörmət əlaməti olaraq dəfələrlə bəyan edib ki, Brexit – Brexit deməkdir.

Lakin bir vaxtlıar Britaniyanın hətta avroya keçməsinə tərəfdar olan Bleyr vurğulayıb ki, adi insanlara Brexitin xoşagəlməz nəticələri barədə müfəssəl məlumat verilməlidir.

Fransanın Europe 1 radiostansiyasına danışan Bleyr deyib ki, “Britaniyanın Aİ-dən çıxmaq ehtimalı var, lakin ölkənin ittifaqda qalması mümkündür”.

Keçmiş baş nazir deyib ki, Avropa İttifaqında qalmağa səs vermiş 48 faizin, çıxmağa səs vermiş 52 faizin qərarını sadəcə sözsüz qəbul etməsi heç də vacib deyil.

“Bizə debatları davam etdirməyi kim yasaqlaya bilər?” – deyə Toni Bleyr sual edib.

O izah edib ki, baş nazir Tereza Mey partiyasının birliyini qoruyub saxlamaq naminə özünün “Brexit Brexitdir” prinsipinə sadiq qala bilər, amma “qalanımız debatı davam etdirməkdə sərbəstik”.

Təzə evi görmədən köhnə evdən köçmək

Lakin Bleyr bunu da qeyd edib ki, Brexitin əsl mənası Avropa İttifaqını tərk etmək danışıqlarının mahiyyətini bilmədən aydın olmayacaq.

“Biz bu Brexit məsələsində çox cəfəng bir iş görmüşük, – deyib keçmiş hökumət başçısı, – Bu, təzə evi görmədən köhnə evdən köçmək kimi bir şeydir”.

Onun fikrincə, adamlar nəyin pis, nəyin yaxşı olduğunu Avropa İttifaqı ilə çıxışın şərtləri barədə danışıqlar başlananda biləcəklər.

“The Guardian” yazır ki, bu arada elə bu cümə günü, sentyabrın 2-də “Britaniya Avropa ilə daha güclüdür” kampaniyası başlanır.

Bu kampaniyada başlıca məqsəd Britaniya baş nazirinə, ölkənin vahid bazarda qalmasına çalışması üçün dəstək verməkdir.

Kampaniyaçılar deyirlər ki, Avropa İttifaqı ilə danışıqlarda “üzülüşmək yox düzəlişmək” prinsipindən çıxış edilməlidir. (BBC azeri)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə