Braziliyanın Palata sədri Bakıda səfərdədir
Braziliyanın Palata sədri Bakıda səfərdədir
30 Oktyabr 2016 / 18:30 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Bizimxeber.az  Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rodriqo Mayanı Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə