Braziliyalı futbolçular qəzaya düşdü-81 ölü-VİDEO
Braziliyalı futbolçular qəzaya düşdü-81 ölü-VİDEO
29 Noyabr 2016 / 10:50 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb.

Bizimxeber.az xəbər verir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri olub. İlkin məlumatlara görə, sərnişinlərin hamısı qəza nəticəsində ölüb.

“Univision” telekanalının məlumatına əsasən, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub. Futbolçular Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə