Braziliya Azərbaycanla birgə silah istehsal edəcək
Braziliya Azərbaycanla birgə silah istehsal edəcək
11 Oktyabr 2016 / 10:24 / Baxış sayı: 2200
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyanın GESPİ müdafiə sənayesi şirkəti özünün yeni istehsal etdiyi orta mənzilli tank əleyhinə silah sistemini Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə satmaq üçün danışıqlar aparır.

Bu barədə Britaniyanın hərbi-kəşfiyyat tematikası üzrə ixtisaslaşmış “Jane’s Defence Weekly” nəşri şirkətin nümayəndəsinə istinadla bildirir.

84 millimetrlik ALAC (Arma Leve Anti-Carro) tank əleyhinə silahı daşınandır, çiyindən atılır və güclü zirehdəlmə qabiliyyətinə malikdir. Bu silah GESPİ şirkətinin Brazliya ordusunun texnoloji mərkəzi CTEx-lə birlikdə işlənib hazırlanıb.

Məlumata görə GESPİ Defense Systems 1200 belə silah almaq istəyən Meksika ilə danışıqların yekun mərhələsindədir. İraq isə 2000 ədəd belə silah sifariş verib. Azərbaycan ilkin olaraq şirkətdən 50 ALAc sistemi sifariş verib, ancaq bu silahların daha sonra öz hərbi sənaye müəssisələrində birgə istehsalını planlaşdırır.

Xatırladaq ki, Azərbaycan ordusu tank əleyhinə dünyanın ən qabaqcıl silah sistemlərinə malikdir. Bunların arasında İsraildən alınan “Spike” tank əleyhinə raketləri də yer alır. Bu ilin aprelində Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun “Spike” raketləri azı 18 erməni tankını sıradan çıxarmışdı.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə