Böyrəkdaşı yaranması SƏBƏBLƏRİ
Böyrəkdaşı yaranması SƏBƏBLƏRİ
28 İyul 2016 / 18:49 / Baxış sayı: 1942
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tez-tez edilən bəzi səhvlər ümumi sağlamlığa təsir etdiyi kimi, böyrəklərə də təxmin etdiyimizdən çox zərər verir. Böyrəklər bədənin həyati orqanlarından biridir. Əsas funksiyaları bədəndəki tullantıların və toksinlərin sidik vasitəsilə atılmasını təmin etməkdir. Eyni zamanda, kalsium və fosfat kimi mineral səviyyələrini nizamlayır. Buna görə də böyrəklərin düzgün işləməsini dəstəkləmək həyati dərəcədə əhəmiyyət daşıyır. Hər hansı bir formada zərər aldıqları təqdirdə bu simptomlar özünü göstərir: qusma, pis nəfəs qoxusu, sidik rəngində və keyfiyyətində dəyişiklik, baş gicəllənməsi, dəridə qaşınma, nəfəs problemləri, ani aclıq, anemiya, yorğunluq, davamlı üşümə və s.

 

Bu əlamətlər görüldükdə mütləq həkiminizə müraciət etmək və vəziyyəti nəzarət altına almaq lazımdır. Böyrək problemləri müxtəlif faktorların nəticəsi olaraq ortaya çıxa bilər. Aile.lent.az həmin faktorlarla sizi yaxından tanış edir.

 

Aşağıdakı vərdişlər böyrəklərin zədələnməsinə səbəb ola bilər:

 

1. Kifayət qədər su içməmək

 

Qanın tündləşməsi ilə böyrəklərə gedən qan axımı azaldığı üçün bədəndə su çatışmazlığı yaranır. Bu isə böyrəklərin ciddi zədələnməsinə yol aça bilər. Tövsiyə edilən gündəlik su miqdarı böyüklər üçün ən az 10-12 stəkandır. Ancaq bir tərəfdən də çox su içmək məsləhət deyil. Çünki çox su içmək böyrək funksiyalarını yavaşlada bilər.

 

2. Sidiyə getməyi təxirə salmaq

 

Bu vərdiş böyrəklərin zədələnməsinə səbəb olan ən çox yayılmış səbəbdir. Çünki sidik sidik kisəsində nə qədər çox qalsa, sidikdəki bakteriya sayı da o qədər artar. Bu zərərli bakteriyalar sidik yolu və böyrək infeksiyalarına səbəb olur. Bundan əlavə, sidiyin çıxarılmaması böyrəklərə təzyiq göstərir, böyrək çatışmazlığına və sidik qaçırmağa yol açır. Buna görə sidiyə getmə çıxma ehtiyacınızı əsla təxirə salmayın.

 

3. Siqaret

 

Siqaret çəkmək bütün orqanlara ziyan verən ölümcül bir vərdişdir. Saysız-hesabsız araşdırmalar siqaret və böyrək xəstəlikləri arasında əlaqə olduğunu ortaya qoyub. Bu pis vərdiş qan təzyiqini və ürəyin döyünmə sürətini artıraraq, qan dövranını yavaşladır, böyrəklərdəki qan damarlarını daraldır. Eyni zamanda, böyrək xəstəliklərinin yaranmasını və daha da pis hal almasını, böyrək funksiyalarının itirilməsini sürətləndirir.

 

4. Yüksək zülallı qidalanma

 

Qırmızı ət kimi yüksək miqdarda zülal əsaslı qidalar yemək böyrək xəstəlikləri riskini artırır. Çünki bu orqanın funksiyası, zülal həzminin əks məhsulu olan azotlu tullantıları bədəndən atmaqdır. Bu səbəbdən qırmızı ət yeməyi məhdudlaşdırmaq lazımdır. Mövcud böyrək problemləri varsa, gələcəkdə ağırlaşmaların qarşısını almaq üçün qırmızı ət yeməkdən imtina etmək tövsiyə edilir.

 

5. Həddən artıq duz qəbulu

 

Daim çox miqdarda duz qəbul etmək böyrəklərə ciddi dərəcədə ziyan verir və müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bir çox araşdırmalar duz qəbulunun böyrək xəstəliklərini inkişaf etdirən sidik zülalını artırdığını sübut edib. Unutmayın ki, həddindən artıq miqdarda qəbul etdiyiniz duz bədəniniz, xüsusilə də böyrəklərinizə zərər verir. Qeyd edək ki, bir çay qaşığı duz təxminən 6 qramdır.

 

6. Yuxu çatışmazlığı

 

Aparılan bir çox araşdırmalara görə, kifayət qədər olmayan və keyfiyyətsiz yuxu nizamı  arteriyalarda tıxanmaları və qan təzyiqini artıraraq böyrək xəstəliklərinin inkişaf riskini yüksəldir. Bu səbəbdən də iş və yuxu, istirahət, asudə vaxt və gündəlik işlər arasındakı mükəmməl tarazlığı tapmağa çalışın. Çünki bu tarazlığın bədəniniz, xüsusilə də böyrəkləriniz üzərindəki təsiri böyükdür.

 

7. Daim ağrıkəsici istifadə etmək

 

Apteklərdə reseptsiz satılan ağrıkəsicilər böyrəklərə gedən qan axımını yavaşladaraq, funksiyalarını yerinə yetirməyə mane olur. Buna görə bu dərmanların uzun müddət istifadəsi kəskin böyrək çatışmazlığına yol aça bilər. Bu cür dərmanları istifadə etməzdən əvvəl həkimə müraciət edin. Ağrıkəsicilərdən az istifadə etməyə çalışın. Çünki bu, böyrək funksiyaları normal olan insanlarda belə, ziyan ola bilər.

 

8. Həddindən artıq kafein qəbulu

 

Çox kafein qan təzyiqini artıraraq böyrəklərdə təzyiqə səbəb olur. Kafein sidikdəki kalsium sekresiyasının artımına gətirib çıxardığı üçün birbaşa böyrək daşı yaradır. Qəhvə, çay kimi içkilərin orta dərəcədə qəbulu zərərli deyil. Ancaq enerji içkiləri, şokolad, dərman, kakao və spirtli içki qəbulunu azaltmaq lazımdır.

 

9. Spirtli içki çox içmək

 

Bu toksin böyrəklərdə və qaraciyərdə stressə səbəb olur. Həddindən artıq spirtli içki qəbulu böyrəklərə zərər verir, böyrək çatmazlığı riskini artırır. Bundan əlavə, spirt  bədəndəki su miqdarını azaldaraq böyrəklərin normal funksiyasını pozur. Tövsiyə edilən gündəlik spirtli içki miqdarı qadınlar və yaşlı kişilər üçün bir, orta yaşlı kişilər üçün isə iki stəkandır.

 

10. İnfeksiyalara biganə yanaşmaq

 

Böyrəklər öskürək, soyuqdəymə, qrip, badamcıq iltihabı, faringit kimi infeksiyalara laqeyd yanaşma nəticəsində də meydana gələ bilər. Hər hansı infeksiyanın müalicə edilməməsi böyrəklərin zədələnməsinə yol açır. Bədəninizi dincəldin, uyğun bir şəkildə antibiotik qəbul edin və bu problemləri vaxtında həll etməyə çalışın.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə