Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verdi
Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verdi
10 Avqust 2016 / 18:46 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Fətullahçı terror təşkilatının (FETÖ) fərarilərindən Abdullah Böyük adlı şəxsin sığınacaq istəyini Bolqarıstan rədd edib”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bolqarıstan hakimiyyəti onun Türkiyəyə verilməsi haqda qərar çıxarıb. Hazırda onu Türkiyəyə gətiririk”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Abdullah Böyük 1948-ci ildə Türkiyənin Sivas əyalətinin Zara bölgəsinin Tuzlagözü kəndində anadan olub. İbtidai təhsilini kənddə, orta və lisey təhsilini isə Sivas və Ərzurumda imamhatib məktəblərində alıb. 1974-cü ildə Konya Ali İslam İnstitutunu bitirib. Bu şəhərdə vaiz və müfti müavini işləyib. 1980-ci ildə hərbçilər tərəfindən həbs edilib. Həbsdən azad edildikdən sonra 1982-2002-ci illərdə müxtəlif xidmət işlərində olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə