Boksçumuz Elvin Məmişzadə mübarizəni dayandırdı
Boksçumuz Elvin Məmişzadə mübarizəni dayandırdı
18 Avqust 2016 / 0:32 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Elvin Məmişzadə 1/4 final görüşünə çıxıb. 52 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının rəqibi özbəkistanlı Şaxobidin Zoirov olub.

İlk raundda hakimlər Zoirovun daha üstün döyüşdüyü qənaətinə gəliblər. İkinci raudda da qərar dəyişməyib. Sonuncu raundda azərbaycanlı dünya çempionunun vəziyyəti dəyişmə cəhdləri səmərə verməyib.

Beləliklə, Məmişzadə olimpiadada mübarizəni medalsız başa vurub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə