«BOA» Kollektor Agentliyi insanları intihar həddinə çatdırır… ŞOK FAKTLAR
«BOA» Kollektor Agentliyi insanları intihar həddinə çatdırır… ŞOK FAKTLAR
22 Sentyabr 2016 / 16:26 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4
Bizimxeber

İllərdir vətəndaşları yüksək faiz dərəcələri, daha sonra komission xərclərlə (şapka) aldadıb soyan banklar müflis oldu. Düzgün hesablama sistemi qura bilməyən, yalnız faiz gəlirlərini düşünən, vətəndaşları yalançı reklamlarla şirnikləşdirən onlarla bank bir ayin icində ortadan qeybə çəkildi. Daha prespektivli banklar isə işini davam etdirir. 

Amma bağlanan bankların yaratdığı gərgin vəziyyət hələ də vətəndaşların ciddi probleminin tərkib hissəsi olaraq qalmaqdadır. Bu gün Azərbaycanda banka borcu olmayan çox az ailə tapmaq olar. Elə ailələr var ki, bu problemlər nəticəsində dağılıb və ya dağılmaq təhlükəsi ilə üz-üzədir. Bir sözlə olduqca ciddi problemdir. Bütün bunların fonunda ölkədə onsuz da boğulan insanları bezdirən daha bir əmma ortaya çıxıb. «BOA» Kollektor Agentliyi…

Guya banklara borcu olan vətəndaşlardan pulu geri almaq üçün yaradılan bu “Agentlik” banklarla vətəndaş arasında körpü rolu oynayır. Gülməli və daha çox biabırçı məsələdir. Qanunları olan bir ölkədə belə bir fəaliyyət sözün həqiqi mənasında gülüncdür. Və ən pis formada qanunsuzluqdur.

Ela bunlar azmış kimi,  bu “Agentliy”in “QOÇU”ları vətəndaşları hətta ölümlə hədələyirsə, bezdirirsə bu artıq işin qanuni tərəfidir.

Bizimxeber.az-a daxil olan  məlumata görə, tam qanunsuz bir mexanizm əsasında fəaliyyət göstərən bu agentlik banklara borclu olan və ya artıq məhkəməyə verilmiş vətəndaşların belə evinə, xanımlara, uşaqlara dəfələrlə zəng edərək müxtəlif formalarda hədələrini davam etdirirlər. 

Məlumata görə, “Gəlib sizi həbs edəcəyik”, “Sizi iş yerinizdə biabır edəcəyik”, “Məhkəmədən zəng etmişik” kimi hədələr edən şəxslərin telefon nömrələri belə bəlli deyil.

Ümumiyyətlə, Azərbaycan qanunlarına görə, banka borcu olan vətəndaşla bank arasındakı problem qanuni şəkildə məhkəmə yolu ilə həll olunur. Əgər bir bank vətəndaşdan pulunu ala bilmirsə o zaman vətəndaş məhkəməyə verilir. Məhkəmə də qanuni şəkildə vətəndaşın yoxsa bankın xeyrinə qərar çıxarır. Odəniş üçün müəyyən güzəştlər və ya zaman verilir. Yaxud da, alternativ bir yol seçilir və problem həllini tapır.

Elə isə, bu qanuni prosesslərdən sonra «BOA» kollektor agentliyi bəs hansı iş görməlidir? Bu Agentliyin məhkəmə, bank və vətəndaş arasına soxulması hansı qanunun tələbidir? Onun qazancı nədir? Sizcə bu Agentlik və ya onun rəhbəri Samir Mustafayev, yaxud əməkdaşları Azərbaycan məhkəmələrindən, qanundan üstündürmü? Belə çıxır ki, «BOA» Kollektor Agentliyi Azərbaycan məhkəmələrindən üstündür… Əsla elə deyil. Azərbaycan qanunlarla tənzimlənən, idarə olunan bir ölkədir. Üstəlik vətəndaşı da ləyaqətlidir. Sadəcə sosial problemlər, işsizlik və diğər səbəblər insanları banklardan aldığı pulu qaytarmasına imkan vermir. Bu isə Kollektor Agentliyinin nə rəhbərinə, nə də əməkdaşına imkan vermir ki, kimisə təhqir etsin və ya hədələsin. Bu bir başa qanunsuzluqdur və özbaşınalıdır.

Amma məhkəmə qərarından sonra banka olan pulu ödəyə bilməyən vətəndaşlar var ki, onlardan pulun başqa yollarla alınması yolunu tapanlar var. «BOA» Kollektor Agentliyi də elə bunun üçün yaradılıb. Adı başqa, fəaliyyəti lap başqa… Agentlik işçiləri vətəndaşları narahat edirsə, hədələyirsə demək burda bir “reket” dəst-xətti var. Qanunlardan kənar tələb etmə, insanları bezdirmə, qorxutma və sair hallar “reket”çilik sayılır.

Qanunla bu Agentliyin əməkdaşları zəng edirsə bu bir dəfədən artıq olmamlıdır. Bunu Agentliyin hörmətli rəhbəri Samir Mustafayev də dəfələrlə mətbuata verdiyi açıqlamalarda bəyan edib. Amma dəfələrlə zəng edib hədələyici təsirləri davam etdirirlərsə deməli bu “reket” formasıdır.

Araşdırmalarımız zamanı kifayət qədər ciddi faktlar ortaya çıxdı. Belə ki, borcu olan insanların yaşadıqları ünvanlara rüsvayedici, alçaldıcı elanlar yapışdırmaq, iş yerlərinə məktublar göndərib utandırmaq, kimi hallar mövcuddur. Daha ciddi faktlar da var ki, onların da yaxın günlərdə audio və video formasını təqdim edəcəyik.

Hələliksə, ilk olaraq bunu deyək ki, qanunların aliliyinin qorunduğu ölkədə bu kimi hallar olmur. Əgər olursa demək həm məhkəmə həm də diğər qurumlar öz fəaliyyətlərində kifayət qədər ciddi deyillər.

Qaldı ki, «BOA» Kollektor Agentliyinin belə qorxmaz, insanları intihar həddinə kimi gətirib çıxaran addımlar atmasına kimlərin şərait yaratmasına bax bu artıq başqa mövzudur. Bu barədə də geniş araşdırmalarımız artıq başlayıb.

Bizimxeber.az əməkdaşları sadalanan faktlarla bağlı «BOA» kollektor agentliyinin aidiyyatı şəxslərindən münasibət öyrənməyə çalışsa da, aldığımız cavab dogurdan da maraqlı oldu: “Nə istəyirsiz yazın…”.

Bu sözün həqiqi mənasında biabırçılıqdı.

Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. Diğər həmtəsisçi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.

***

«BOA» kollektor agentliyi necə və kimlərin dəstəyi ilə yaradılıb?

Agentliyin rəhbərliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nə kimi əlaqələri var?

Anar Məmmədov Kollektor Agentliyini niyə Azərbaycana gətirdi?

Qurum əməkdaşlarının intihar həddinə çatdırdığı adamlar kimlərdir?

«BOA» Kollektor Agentliyinin Təbriz küçəsindəki ofisində hansı davalar olur və bu davalara görə kim məsuliyyət daşıyır?

Olduqca ilginc faktlar yaxın günlərdə…

Bizi izləyin…

Bizimxeber.az
İlkin



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə