BMT-nin xüsusi nümayəndəsi türmədə İlqar Məmmədovla görüşdü
BMT-nin xüsusi nümayəndəsi türmədə İlqar Məmmədovla görüşdü
19 Sentyabr 2016 / 16:18 / Baxış sayı: 250
Font1 Font2 Font3 Font4
Bizimxeber

BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst (Michel Forst) “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

Görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

Görüşdə ölkədə insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ. Məmmədov və T. Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə