BMT-nin qətnaməsi əsasında Liviyadan kimyəvi silahlar çıxarıldı
BMT-nin qətnaməsi əsasında Liviyadan kimyəvi silahlar çıxarıldı
31 Avqust 2016 / 14:25 / Baxış sayı: 728
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az xəbər verir ki, Liviyada Muammer Qəddafinin zamanından qalan kimyəvi silahın son ehtiyatları da çıxarıldı. BMT-nin  Liviyanın kimyəvi sliahlardan təmizlənmə proqramı çərçivəsində sonuncu konteyner də gəmi ilə Almaniyaya göndərildi. 

Silah yükü Liviyanın Misrat limanından BMT ekspertlərinin nəzarəti ilə yola salınıb.

22 iyulda BMT-nin təhlükəsizlik şurası Liviyada olan kimyəvi silahların ordakı terror qruplaşmalarının əlinə keçməməsi məqsədilə bölgədən  çıxarılması barədə qətnamə qəbul edib.

Qeyd edək ki, silahlar İŞİD qruplaşmasının yerli hökumətlə döyüşlərinin davam etdiyi Liviyanın mərkəzində Cafa rayonunda saxlanılırdı.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə