BMT baş katibi Olimpiya barışığı elan edib
BMT baş katibi Olimpiya barışığı elan edib
27 İyul 2016 / 11:09 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

“Beynəlxalq Olimpiya Komitəsi və Birləşmiş Millətlər Təşkilatı harmoniya və sülh naminə birlikdə çalışır. Bu ruhda biz Olimpiya barışığı elan edir və müharibə aparan tərəfləri silahı yerə qoymağa və Oyunlar zamanı bütün fikir ayrılıqlarını kənara qoymağa çağırırıq”, – Pan Gi Munun mesajında deyilir.

Qeyd edək ki, Olimpiya Oyunları-2016 avqustun 5-dən 21-dək Rio-de-Janeyroda (Braziliya) keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə