Biznesmen icra başçısı “Neolit”i ələ keçirdi – Oğlu isə əsgərlik adı altında kef edir
Biznesmen icra başçısı “Neolit”i ələ keçirdi –  Oğlu isə əsgərlik adı altında kef edir
25 Oktyabr 2016 / 14:37 / Baxış sayı: 2038
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov restoran biznesinə başlayıb. O, rəhbərlik etdiyi rayon ərazisində bir sıra iri obyektlərə sahiblənib, eləcə də bir neçə restoran alıb. Onların içərisində məşhur “Neolit” sarayının olduğu da bildirilir. 

Məlumata görə, icra başçısı bu sarayı tam almayıb, ona şərik olub. Və bu şəriklikdən sonra sarayın arxa tərəfində böyük, dəbdəbəli bir korpus tikdirməyə başlayıb.
Qeyd edək ki, “Neolit” iki şəxsə məxsus olub. Və şəriklər arasında hər zaman narazılıqların olması barədə mətbuatda tez-tez məlumatlar yayılıb. Hətta bir neçə il il əvvəl şəriklər arasında silahlı münaqişə olduğu barədə informasiyalar dərc olunmuşdu. Bir qədər sonra isə şəriklərdən birinin restoranı yandırması haqda xəbər tirajlandı. Görünür, bu münaqişələr sonucda şəriklərin birinin saraydan əl çəkməsi ilə nəticələnib. Və həmin adam öz payını Arif Qasımova satıb.
Bu arada icra başçısının oğlunun harada hərbi xidmət keçməsi də maraq doğurmaya bilməz. Məlumata görə,  başçının oğlu Nadir Qasımov DTX-də əsgərlik çəkir. Amma o əsgərlik əvəzinə tez-tez “Baku Aquatics Centre”də görünür. Maraqlıdır, DTX-da hərbi xidmət keçən birisi necə “Baku Aquatics Centre” olur?
Daha bir maraqlı məlumat isə Arif Qasımovun  Nizami rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, “Ay İşığı” restorannın yanında 2 hektara yaxın boş torpaq sahəsi ayırıb. O oğlu üçün yeni “Baku Aquatics Centre” yaratmaq fikirindədir.
İlkin
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə