“Bizdə hamı kimi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir
“Bizdə hamı kimi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir
01 Noyabr 2016 / 17:28 / Baxış sayı: 1056
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Günay Hüseynova tərəfindən Bərdə rayonunda həyata keçirilən “Bizdə hamı kimi ” adlı layihə çərçivəsində Bərdə rayonunda yeniyetmə və gənclər arasında təlim həyata keçirilmişdir.

Təlim zamanı layihənin təlimçisi Vüsalə Hüseynova tərəfindən sosial işin inkişaf tarixi, əlilliyi olan yeniyetmə və gənclərə göstərilən sosial xidmətlər, əlliliyə tibbi və sosial yanaşma, əllliliklə bağlı terminologiya və inklüziv təhsil haqqında məlumatlar verilib, müzakirələr aparılmışdır. Layihə çərçivəsində eyni zamanda gənc sosial işçilər və mütəxxəsislər üçün təlim təşkil ediləcək və iştirakçıların təcrübəsinin artırılması üçün təcrübəli sosial işçilərlə, müvafiq mərkəzlərlə əməkdaşlıq görüşləri təşkil ediləcək və müxtəlif tədbirlərə cəlb olunacaqlar.

Qeyd edək ki layihənin əsas məqsədi gənc mütəxəssislərin inkluziv təhsillə bağlı hazırlanması yolu ilə sağlamlıq imkanları məhdud və əlilliyi olan, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin cəmiyyətə və hüquqlarını təşviq etməklə onların sosial inteqrasiyasına dəstək olmaqdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə