“Biz onunla hələ də …” – Colinin keçmiş əri
“Biz onunla hələ də …” – Colinin keçmiş əri
15 Noyabr 2016 / 12:22 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Billi Colinin Breddən ayrıldıqdan sonra vəziyyətinin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, aktrisa ayrılıq depressiyası yaşamır.

“Düzdür, biz tez-tez görüşmürük. Amma onunla hələ də dost münasibətindəyəm. Bredlə boşanmadan sonra Coli ilə danışmışam. Hiss elədim ki, o da, uşaqlar da yaxşıdırlar”, – deyə Tornton vurğulayıb.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.

Bu yaxınlarda çəkildiyi “Mütəffiqlər” (“Allied”) filminin Hollivud premyerasına qatılan Bred Pittin boşanmadan sonra əziyyət çəkdiyi və arıqladığı gözdən yayınmayıb.

 

99654_41u6twks3u



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə