Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Bir çəkilişdə 4 mövsüm yaşadıq” – Sevda

930 oxunma | Tarix: | 1 həftə öncə

Əməkdar artist Sevda Ələkbərzadə yeni layihəsini təqdim edib. O, “İstəmirəm” adlı mahnısını ekranlaşdırmaq üçün gürcü rejissor Zaza Oraşviliyə müraciət edib. Klipin çəkilişləri Tbilisidə baş tutub.

“Mən eksperiment etməyi sevdiyimdən özümü yeni bir tərzdə sınamaq istədim. Məncə, çox maraqlı alındı ”,- deyə Sevda qeyd edib. 

Müğənni eyni zamanda bildirib ki, bu onun Z.Oraşvili ilə ilk işi deyil: ““Mən səni gözlədim” klipimi də o çəkib. Onda hamı bizim birgə işimizi bəyəndi. Qeyd etmək istəyirəm ki, bu, gürcü rejissorunun Azərbaycan müğənnisi ilə ilk işi idi. Və illər sonra Zaza ilə yenidən çox maraqlı bir klip çəkdik. Onunla işləmək çox xoşdur, çünki hər şeyi səmimiyyətlə və böyük həvəslə edir”.

XƏBƏRLƏR:  Fatimədən Günellə bağlı şok açıqlama: "Dərmana oturub" - Video

Sevda çəkilişlərdə qarşılaşdığı çətinliklərdən də danışıb: “Çəkiliş inanılmaz hava şəraitində baş verdi. Bir gündə yağış yağdı, sonra günəş çıxdı, birdən səma qara buludlarla örtüldü, güclü yağış yağdı və sonra buludlar yox oldu və yay gəldi. Bir çəkiliş günündə 4 mövsüm yaşadıq. Amma hava şəraitinə və yağışda islanmağımıza baxmayaraq, heç kim xəstələnmədi. Çünki hamı o qədər həvəslə işləyirdi ki, havanın sürprizləri bizə mane ola bilmədi. Nəticədə, çox maraqlı bir klip alındı”.

XƏBƏRLƏR:  Aybəniz Haşımova: "Tələbəm Fərid Amerikada fəhləlik edir, zülm çəkir"

Qeyd edək ki, mahnının müəllifləri İsmayıl Əsədov və Orxan Qarabasmadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir