Bir axşamda 16 avtomobil yandırıldı-İsveç
Bir axşamda 16 avtomobil yandırıldı-İsveç
12 Avqust 2016 / 14:25 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən axşamdan başlayaraq İsveçin Malmö şəhərinin bir sıra rayonlarında 16 avtomobil yandırılıb. Bu barədə Trend İsveçin “SVT” telekanalına istinadən xəbər verir.

Malmö Xilasetmə xidmətinin nüməyandəsi Maqnus Yohanson bildirib ki, şəhərin bütün yanğınsöndürmə stansiyalarının əməkdaşları və texnikası yanğınları söndürməyə çalışıblar: “Bütün stansiyalar gərgin iş rejimində işləyir. Bütün briqadalar Malmödə yanğınsöndürmə əməliyyatlarına cəlb edilib”.

Məlumatda qeyd olunur ki, hələlik polis tərəfindən şübhəli şəxs qismində saxlanılan yoxdur.

İsveçin “Sydsvenskan” isə qəzeti yazır ki, yay ayları ərzində Malmödə ümumilikdə 90 maşın qəsdən yandırılıb. Qəzet qeyd edir ki, gənclərin arasında işsizliyin olmasına görə, belə hallar hər il qeydə alınır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə