Binaların idarə olunması: artıq 31 MMMC yaradılıb
Binaların idarə olunması: artıq 31 MMMC yaradılıb
24 Noyabr 2016 / 16:20 / Baxış sayı: 1014
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çoxmərtəbəli binaların idarə olunması üçün artıq 31 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, 40-a yaxın kondominiumun yaradılması üzrə işlər isə davam etdirilir.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər. Nazirlikdən deyiblər ki, paytaxt da daxil olmaqla digər bölgələrdə çoxmənzilli binaların idarə olunmasına hazırlıqlara başlanılıb. Bu gün-noyabrın 24-də Gəncədə binaların idarə olunması yolları müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, Mənzil Məcəlləsi mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Sonda binaların idarə edilməsi istiqamətində görüləcək işlərlə bağlı suallar cavablandırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə