Binəqədinin yeni icra başçısı kim olacaq – Vidadi İsayev yoxsa İlqar Süleymanov?
Binəqədinin yeni icra başçısı kim olacaq – Vidadi İsayev yoxsa İlqar Süleymanov?
26 Oktyabr 2016 / 15:27 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yaxın günlərdə Binəqədi icra başçısı Xaləddin İsgəndərovun vəzifədən uzaqlaşdırılması gözlənilir. Bizimxeber.az-a daxil olan məlumata görə, icra başçısına rayon yollarının sudan təmizlənməsi barədə konkret tapşırıq verilib.

Qısa müddətdə problemin aradan qaldırılması barədə tapşırıq alan Xaləddin İsgəndərov rayondakı bütün idarə və müəssisə rəhbərləri, hətta polis rəisindən kömək istəyib.

Məlumatda qeyd olunur ki, işlər bitdikdən sonra icra başçısının əmri veriləcək. Elə isə, sözügedən rayona kimin başçı təyin olunması gündəmə gəlir.

ilqarÜmumiyyətlə, bölgələrdə icra başçısı postunu tutan şəxslər zaman-zaman Bakıya gəlmək üçün çalışıblar. Şəraitdən yararkanmaq istəyənlər təbii ki, var.

Bizimseber.az-a daxil olan məlumata görə, Binəqədi icra başçısı olmaq üçün daha çox səy göstətən Bərdənin icra başçısı Vidadi İsayevdir. vidadi isayevİllərdir Bərdədən uzaqlaşmaq istəyən V.İsayev Binəqədi, Suraxanı və Xətai rayonlarına icra başçısı təyinatı üçün çalışır. İndu yaranmış imkandan maksimum istifadə etməyə çalışan V.İsayevin istəyini reallaşdırması üçün imkan yaranıb.

Başqa bir məlumata görə, Binəqədi icra başçısı pöostuna daha bir namizəd elə Xaləddin İsgəndərovun müavini İlqar Süleymanovdur. Ciddi dayaqlara malik olan İ.Süleymanovla hazırkı icra başçısı arasında ciddi konflikt mövcuddur.

Bizimxeber.az



Binəqədinin yeni icra başçısı kim olacaq – Vidadi İsayev yoxsa İlqar Süleymanov? yazısına 2 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə