Binəqədinin “suda batan” Kəmaləddin Qafarovu hardadır?
Binəqədinin “suda batan” Kəmaləddin Qafarovu hardadır?
31 Oktyabr 2016 / 16:44 / Baxış sayı: 1494
Font1 Font2 Font3 Font4
Bizimxeber

Binəqədinin “suda batan” deputatları – Kəmaləddin Qafarov hardadır?

Binəqədi rayonunda yağışdan sonra yaranmış acınacaqlı durum hər kəsə bəllidir. Yerə bir damcı düşən kimi gölə çevrilən, həyatın iflic olduğu bu rayon təkcə səriştəsiz icra başçısı, icra strukturları baxımından ad çıxarmayıb. Rayonun Milli Məclisdəki təmsilçiləri baxımından da bəxti gətirməyib.

Bir neçə gün əvvələ kimi az qala fövqəladə vəziyyətdə yaşayan sakinlərin qapısını bir millət vəkili açmadı. Rayonda yaranmış vəziyyətlə bağlı bir millət vəkilinin tutarlı açıqlamasını görmədik. Bir millət vəkili, heç olmasa, rayon ərazisində sürülən qayıqların seyrinə çıxmadı. Elə buna görə də, binəqədililər deyir ki: “bizə sel gəlməmiş, deptatlarımızı su aparıb”.

Onların sözlərinə görə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən mandat sahibi olan Kəmaləddin Qafarovun səsi ümumiyyətlə gəlmir. Binəqədinin digər deputatlarının heç olmasa tamam başqa məsələlərlə bağlı mətbuatda açıqlamaları, müsahibələri görünsə də, K.Qafarovun iz-tozuna burda da rast gəlmək olmur. Dünyanın ən məşhur axtarış sistemi olan “Google”də “Kəmaləddin Qafarov” adını yazdığımız zaman çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir.

Bəs görəsən, belə bir adam o mandatı niyə daşıyır? Ümumiyyətlə, bu adam nəylə məşğuldur?

Kiçik araşdırma nəticəsində bəlli olur ki, daim kölgədə qalmağı sevən bu deputat sən demə, böyük biznesmen imiş. Yəni parlamentin passiv deputatlarından olan bu şəxs biznes sahəsində kifayət qədər aktiv imiş. Qafarovun mediaya çıxmamasını da daha çox biznesi ilə əlaqələndirirlər. Bununla bağlı mediada yer alan və deputat tərəfindən bu günədək təkzib olunmayan məlumatı diqqətinizə çatdırırıq: “Deputatın biznes şəbəkəsi olduğuna görə, o, gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”.

Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu, Binəqədinin tanınmayan, bəlkə də çoxumuzun adını ilk dəfə eşitdiyimiz deputatıdır. Bəs ölkədə kifayət qədər tanınan Binəqədinin digər qos-qoca deputatları hanı?

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə