Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub
Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub
15 Avqust 2016 / 22:17 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisənin mənzildəki paltaryuyan maşında baş verən saqapanmanın səbəb olduğu deyilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.

Yanğın artıq söndürülüb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə