“Binəqədidə bina bilərəkdən yandırılıb”
“Binəqədidə bina bilərəkdən yandırılıb”
16 Avqust 2016 / 14:51 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Binəqədi rayonun 15 nəfərin ölümü ilə nəticələnən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizimxeber.az Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən təqsirləndirilən M.Mahmudov bildirib ki, hadisə baş verəndən sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun ofisinə gələrək onu idarəyə aparıblar. Orada ifadə verəndən sonra isə prokurorluğa gətiriblər. Təqsiləndirilən şəxs binanın bilərəkdən yandırıldığını deyib. Onun sözlərinə görə, binanı yandıranlar Bakıda keçirilən Avropa Oyunlarından öncə vəziyyəti gərginləşdirmək məqsədilə binaya od vurublar.

Prosesdə hakim təqsirləndirilən şəxs Q.Novruzovun səhhətində ciddi problemlərin olması ilə əlaqədar onun təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar çıxarıb və ekspertizanın cavabına qədər proses qeyri-müəyyən tarixə təxirə salınıb.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qəti imkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə