Biləsuvarda Qurban bayramı ilə bağlı tədbirlər keçirildi
Biləsuvarda Qurban bayramı ilə bağlı tədbirlər keçirildi
13 Sentyabr 2016 / 12:37 / Baxış sayı: 120
Font1 Font2 Font3 Font4
Bizimxeber

12 sentyabr 2016-cı  il tarixdə Biləsuvar rayonunda Müqəddəs Qurban Bayramı münasibətilə tədbirlər keçirildi. Biləsuvar rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə  idarə, müəssisə, təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak  etdilər.

Tədbirdə çıxış edənlər bayram münasibətilə rayon əhalisini təbrik etdikdən sonra bayram duaları oxundu və qurbanlar kəsildi.

Kəsilərən qurbanlar Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Cernobul əlilləri, digər imtiyazlı ailələr, əlillər və imkansızlar olmaqla 1000 qədər ailəyə bayram sovqatı olaraq paylanıldı. Bundan əlavə əhalinin rahat şəkildə qurbanlıq heyvanlara olan təlabatını ödəmək və  qiymət artımının qarşısını almaq məqsədilə şəhərin bir neçə hissəsində kəsim yerləri təşkil edilmişdi.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə