Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı ittiham edib
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı ittiham edib
15 Noyabr 2016 / 8:52 / Baxış sayı: 578
Font1 Font2 Font3 Font4
Bizimxeber

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

Bizimxeber.az  xəbər verir ki, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.

“Mövcud  məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, F.Bensuda qeyd edib.

Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə