“Beynəlxalq Bank özəl bank olsaydı, bugünkü duruma düşməzdi” – Qubad İbadoğlu
“Beynəlxalq Bank özəl bank olsaydı, bugünkü duruma düşməzdi” – Qubad İbadoğlu
24 Noyabr 2016 / 12:01 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən bank forumunda çıxışında bildirib.

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi nə dərəcədə doğru addımdır? İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, atılacaq addım doğru addımdır, amma bankın özəlləşdirməsi bir neçə il əvvəl həyata keçirilməli idi: “Beynəlxalq Bankın problemli kredit portfelinin satılmasından, bankın fəaliyyətinin sağlamlaşdırılmasından sonra onun özəlləşdirilməyə çıxarılması məqbul hesab oluna bilər. Azərbaycan Beynəlxalq Bankı dövlət bankıdır. Beynəlxalq Bankın timsalında görürük ki, korrupsiya və mənimsəmə halları Azərbaycan reallığında mövcuddur.

Ancaq özəl bank olsa idi, yəqin ki, indi Beynəlxalq Bank bugünkü duruma düşməzdi. Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı 10 ildən çoxdur ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hökumətə tövsiyyələr verir. Bu baxımdan, bankın özəlləşdirilməsi mümkündür və məqsədəuyğundur.
Amma bu tez zamanda baş verməyəcək və bankın özəlləşdirilməsi üçün müəyyən vaxt lazımdır. Gələn il Beynəlxalq Bankın yalnız özəlləşdirilməyə hazırlığı gedəcək”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə