“Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb”
“Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb”
06 Sentyabr 2016 / 11:50 / Baxış sayı: 1008
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gənclər və idman naziri Azad Rəhimov hazırda məhkəməsi davam edən Beynəlxalq Bank işi ilə bağlı açıqlama verib

Azad Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmamağının səbəbləri ilə bağlı suala cavabında bu məsələyə toxunaraq qeyd edib ki, dövlətin pulunun olmadığı vaxtlarda onları digər strukturlar tikirdi.

Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır.

Nazir əlavə edib ki, bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum olub ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb: “Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə