Beyləqanın icra başçısının qardaşı oğlu qandallandı – ŞOK
Beyləqanın icra başçısının qardaşı oğlu qandallandı – ŞOK
02 Noyabr 2016 / 11:09 / Baxış sayı: 1296
Font1 Font2 Font3 Font4
Bizimxeber

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlu həbs olunub. Bu barədə vəkil Adəm Məmmədov özünü “Feysbuk” səhifəsində yazıb.

Vəkil bildirib ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib: “Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim.

Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım.

Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür.c9af496121234eecb65beb214940e9e0

Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətli icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.

Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə