Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bəs sən Qarabağ üçün nə etmisən Osman Kazımov?

1566 oxunma | Tarix: | 1 ay öncə

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Azərbaycan prezidenti İlham Əliyevin “Qarabag Azərbaycandır və Nida” mesajı ölkə içtimaiyyəti, eləcədə beynəlxaq politoloqlar tərəfindən müzakirə olunmaqdadır. Çoxsaylı diskusiyalar göstərir ki, bu fikirlər Ermənistan hökümətini bəsk sarsıdıb, paşinyanları bir az da dərindən düşünməyə vadar edib. Həmçinin hər bir Azərbaycanlı dünya liderlərinin qarşısında səslənən bu fikirlərdən qürur hissi keçirir və Qarabağın Azərbaydan olduğunu deməkdən nə utanır, bə də çəkinir.

Amma çox təəssüflər olsun ki, yenə sapı özümüzdən olan baltalar baş verənləri qəbul etmir, daha doğrusu qəbul etməkdə qısqanclıq göstərir.

Bu günlərdə vəkil kimi də heç nəyə yaramayan Müsavat Partiyası başqanının müavini Osman Kazımov özünün Facebook səhifəsində qəribə bir status paylaşıb. Statusu oxucuların da qiqqətinə olduğu kimi çatdırırıq ki, bu insanların kim olduğunu bir daha başa düşsünlər.

Osman Kazımov yazır: “Tanınmışlardan biri nidaya şer yazıb-İlham Əliyevin nidasına. Güya nida deyəndə ermənilər Şuşadan çıxıb,daha İsa bulağında kabablamırlar, buğlana-buğlana İstisuada çimmirlər.
Güya nida deyəndə Laçından,Qubadlıdan,Cəbrayıldan,Füzulidən çıxıb qaçacaq ermənilər. Yaşayış məntəqələri,uşaq bağçaları,məktəblər tikib,yollar çəkib dünyaya nümayiş etdirməyəcəklər.
Güya nida deyəndə Ağdamı kərpic-kərpic sökməyəcəklər,xarabazarlığa çevirməyəcəklər. Güya nida deyəndə Xocalıda al qanına boyanan körpələrin qisası alınacaq,zarıltı imdad səsləri kəsiləcək. Güya nida deyəndə Paşinyan bir daha Xankəndinə gəlib yallı gedərək Azərbaycana qeyrətsiz,qorxaq deməyəcək.
Ver gülədə şer yazın o da durğu işarəsidir. Yazıqlar olsun.
Nə rəngi,nə dadı qaldı ömrümün,
Hər bir günüm qaralıdı,ağlıdı,
Nə olsun şəhərdə yaşa doluram,
Ruhum da,canımda Qarabağlıdı.”

XƏBƏRLƏR:  Ukraynada konfrans...

Bax bu da vəkil deiyiniz Osman Kazımovun səfeh statusu. Əcəba bu adam anlamır ki, Qarabağın təbliğatını aparmaq üçün istəyirsən şer yaz, istəyirsən mahnı bəstələ. Əsas odur ki, təbliğat apar. Qarabağ üçün nidaya şer da yazmaq olar, lap belə sual işarəsinə mahnı da qoşmaq olar.
Əsas olan budur ki, bəs Qarabağ üçün sən nə etmisən, vəkil Osman Kazımov? Vəkil olaraq bir dəfə Qarabağı illərdir işğalda sağlayan erməniləri Beynəlxalq Məhkəməyə vermisənmi? Vəkil olaraq bir dəfə bir bəyanat səsləndimisənmi? Bəs deyirsən vəkiləm… Bəs deyirsən demokrtiya, insan hüquqları.
Qarabağdan didərgin salınan insanlar, onların ailə üzvlərinin öldürülməsi, körpələrin yandırılması, Xocalı soyqırımı beynəlxaq cinayət deyilmi? Buyur o zaman sən də Beynəlxalq məhkəmələrdə bu cinayəti subut et. Nida istəmirsənsə, sən sual qoy bu ermənilərin qarşısına.
Edə bilmirsən, çünki xislətinizsdə qara yaxmaq var, mübarizə aparanları aşağılamaq var. Odur ki, “Qarabağ Azərbaycandır və Nida…”
Siz isə sadəcə qaraguruqluqla məşğul olun. Çünki, işinizin adı budur… /FAKTAZ.COM/

XƏBƏRLƏR:  XİN ermənilərin əsginas təxribatı ilə bağlı məlumat yaydı

Bəs sən Qarabağ üçün nə etmisən Osman Kazımov?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir