Berti Foqts ABŞ-dan da qovuldu
Berti Foqts ABŞ-dan da qovuldu
22 Noyabr 2016 / 15:18 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts yenidən işsiz qalıb. 69 yaşlı mütəxəssisin texniki məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb.

Buna baş məşqçi  Yürqen Klinsmannın istefaya göndərilməsi səbəb olub. Dünya çempionatının (DÇ-2018) seçmə mərhələsində ardıcıl 2 məğlubiyyət almaniyalı mütəxəssisin qovulması ilə nəticələnib.

Qeyd edək ki, Berti Foqts 2014-cü ilin oktyabrında Osiyek şəhərində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra istefa verməyə məhkum olmuşdu. O, ötən ilin martında isə ABŞ millisində texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə