Berat Albayrak: “Metsamor” bağlanmalıdır
Berat Albayrak: “Metsamor” bağlanmalıdır
27 Sentyabr 2016 / 8:53 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4
Bizimxeber

 Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır.

Bizimxeber.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.

“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasindan sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə B.Albayrak bildirib.

Nazir xatırladıb ki, “Metsamor” 47 il əvvəl inşa edilib: “Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə