bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bələdiyyə üzvü ilə milyonluq müqavilə – Nazirlik 15 hektar bağ salır

1581 oxunma | Tarix: | 2 həftə öncə
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manatlıq müqavilə imzalayıb. “Yeni Sabah” xəbər verir ki, müqavilə 15 hektar müasir bağ sahəsindəTelli tərbiyə, Dolu və günəşdən qoruma, Damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub. 

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Parlaq Ting A.T” 7 iyul 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı əvvəllər Quba rayonu, Quba şəhəri, Zərdabi küçəsi, ev Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu olub(Mənbə: “Vergilər” qəzetinin 11 oktyabr 2017-ci il tarixli 39 (401) saylı xüsusi buraxılışı).

XƏBƏRLƏR:  Müəllimə Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət ünvanladı - "Kömək edin"

Sonradan MMC Quba rayonunun İqriq kəndinə köçüb. Hazırda Vergilər Nazirliyinin reystr məlumatlarında “Parlaq Ting A.T” MMC-nin hüquqi ünvanı İqriq kəndi göstərilir.

MMC-nin qanuni təmsilçisi isə Orucov Nasrullah Bayram oğludur.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Nasrullah Orucov Balakən bələdiyyəsinin üzvüdür. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində 2313 səslə qalib gəlib.

XƏBƏRLƏR:  Prezident və ailə üzvləri təbiət qoynunda (FOTOLAR)

Nasrullah Orucov və “Parlaq Ting A.T” MMC barədə açıq mənbələrdə bundan başqa hər hansı məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir