Bazarlarda təhlükəli pomidorlar satılır – DİQQƏTLİ OLUN!
Bazarlarda təhlükəli pomidorlar satılır – DİQQƏTLİ OLUN!
21 Oktyabr 2016 / 12:04 / Baxış sayı: 1108
Font1 Font2 Font3 Font4
Bizimxeber

Alimlər pomidorla bağlı maraqlı açıqlamalar verib. ABŞ-ın Florensiya Universitetinin araşadırmaçıları pomidorların zamanından tez yetişməsi üçün ona xüsusi qaz vurulduğunu aşkar ediblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azəbaycanın istixanalarında yetişdirilən pomidorların hamısı qaz vurulmaqla yetişdirilir: “Payız aylarında yetişən pomidorlar çox qorxuludur. Pomidor təbii olaraq hansısa temperatura uyğun yaradılıb.

Onu anormal vəziyyətə salanda tərkibi və dadı dəyişib yararsız vəziyyətə düşür. Pomidorlara qaz vurulur, bundan əlavə onları iynələyib və dərmanlayırlar”.( AzNews.az)

E.Hüseynov bildirib ki, pomidorlara vurulan qazların tərkibi hələ öyrənilməyib: “Qaz insan həyatı üçün arzuolunmazdır. Onlar insan orqanizmində dəhşətli xəstəliklər yaradır. Bunu ancaq pomidorların tez yetişməsi üçün edirlər”. Sədr payız aylarından etibarən süfrəyə təzə pomidor qoymağı məsləhət bilmədiyini qeyd edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə